
Bu kiçik həcmli kitab Doktor Seyyid Casim Musəvinin “Şübhələrin Kəşfi” (Kəşfun Şubahat) əsərinin II cildindən bir hissədir. Həmin əsər vəhabi alimi İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabında irəli sürülən iddialara cavab olaraq yazılmış üç cildlik rədiyyədir. Təqdim olunan hissədə İmam Əli (ə)-ın Fədəyi niyə geri qaytarmadığı sualı ətrafında müzakirə aparılır.
