
Bu kitab insanın səadətə çatmasında nəfsin saflaşdırılmasının və tərbiyələndirilməsinin rolundan bəhs edir. Ayətullah Məhəmmədrza Məhdəvi Kəni əsərdə pis əxlaqi sifətlərdən uzaqlaşıb bəyənilmiş keyfiyyətlərə yiyələnməyin əhəmiyyətini izah edir. Peyğəmbərlərin və övliyaların bu yolu göstərdiyi vurğulanır. Qurani-Kərimdən və Peyğəmbərin (s) buyruğundan gətirilən dəlillərlə insanların tərbiyəsinin və gözəl əxlaqın tamamlanmasının İslamdakı yeri açıqlanır.
