
Haci Həsən Hüseynovun bu kitabı Həzrət Əli ibn Əbutalibin (ə) şəxsiyyətinə və dühasına müxtəlif baxışlardan yanaşır. Əsərin maraqlı bölmələrindən birində tanınmış şərq və qərb alimlərinin Həzrət Əli (ə) haqqında dəyərli fikirləri toplanıb. Bu fikirlərdən görünür ki, yalnız müsəlman alimləri və filosofları deyil, bir sıra qərb mütəfəkkirləri də onu bəşər tarixinin ən müdrik simalarından biri kimi qiymətləndiriblər. Kitab, xüsusilə gənclərin milli-dini köklərə qayıdışına və mənəvi oyanışına töhfə verə bilər.
