Həzrət Peyğəmbərimiz (s) ümmətinin gələcəyi ilə bağlı öz narahatlıqlarını həmişə bildirmişdir. O əziz, gələcək ümmətinə gah dua etmiş, gah əsrləri aşan nüfuzlu kəlamı ilə onlara müraciət edərək nicat yollarını onlara açıqlamış, gah da öz ibadətlərinin savabından onlara pay ayırmışdır. Mətləbin aydınlaşması üçün əvvəlcə bəzi ayələrə işarə edirik.
