
Kitab dünya xanımlarının xanımı, məsum imamlarımızın anası Həzrəti Fatimeyi-Zəhranın (səlamullahi əleyha) həyatından bəhs edir. Əsər dörd hissəyə bölünür. Birinci hissədə Həzrət Fatimənin (s) təvəllüd tarixi, adı və müxtəlif ləqəblərlə adlandırılmasının səbəbləri izah olunur. İkinci hissə onun əxlaqi dəyərlərinə və Həzrəti Əli (ə) ilə evliliyinə həsr edilib. Üçüncü hissədə Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr, Həzrət Fatimənin (s) nitqləri və özünü müdafiəsi barədə söhbət gedir. Dördüncü hissə atasının vəfatından sonra çəkdiyi iztirablara, Həzrəti Əliyə (ə) vəsiyyətinə və ömrünün son günlərində baş verən hadisələrə aiddir.
