
Bu kitab həyata atılaraq uğur qazanmaq istəyən gəncə tövsiyələr verir. Burada uğur qazanmaq istəyən gəncin hansı məsələlərə diqqət etməli olduğu, hansı keyfiyyətləri özündə cəmləməsinin vacibliyi və hansı zərərli xüsusiyyət və fikirlərdən uzaqlaşmalı olduğu göstərilir. Kitabda həyatda uğur qazanmış məşhur insanların həyatından nümunələr və onların uğurlarının sirlərini bəyan edən sitatlar yer alır. Əsər gənclər üçün nəzərdə tutulsa da, geniş oxucu kütləsi üçün də faydalıdır.
