
Seyyid Müctəba Musəvi Lari bu əsərdə İmam Mehdinin (ə.c.) həyatını, əsrini və hökumətini üç bölmədə təqdim edir. Birinci bölmə Həzrət Mehdinin (ə.c.) anadan olduğu gündən Qeybəti-kübraya, yəni yetmiş beş il davam edən uzun müddətli qeybətə qədərki dövrü əhatə edir. İkinci bölmədə onun səhabələrinin xüsusiyyətlərindən, intizar anlayışından, on beş suala qısa cavablardan və İmamla görüşənlərdən bir neçə nümunədən bəhs olunur. Üçüncü bölmə Həzrət Mehdi (ə.c.) hökumətinin parlaq kəlamından, rəftarından və xüsusiyyətlərindən nümunələrə həsr edilib.
