
Ustad Şəhid Mürtəza Mütəhhərinin bu əsəri Peyğəmbərin (s) davranışlarına və həyat tərzinə həsr olunub. Kitabda Allahın bəşəriyyəti doğru yola yönəltmək üçün məsum peyğəmbərlər seçdiyi vurğulanır. Peyğəmbərin (s) və imamların sözlərinə və əməllərinə tabe olmağın müsəlmanlar üçün əhəmiyyəti izah edilir. Əsərdə Peyğəmbərin (s) Quranda müsəlmanlar üçün gözəl nümunə kimi təqdim olunduğu xatırladılır. Müəllif ona tabe olmağı azğınlıqdan qorunmağın yolu sayır, özgə düşüncələri nümunə götürməyin isə İslamın həyata təsirini zəiflədəcəyini bildirir.
