
Əsərdə Həzrət Mühəmməd (s)-in zühuru, pak nəsildən və ailədən olması, qövmü arasında yaşayıb təbliğ etdiyi dövrdə zülmkarların ona verdiyi əziyyətlər barədə danışılır. Mətndə bu çətinliklərə baxmayaraq Peyğəmbərin (s) möhkəm imanı, ümid dolu ruhiyyəsi və yüksək məqsədinə sadiqliyi önə çəkilir.
