
Bu risalə “Biz peyğəmbərlər irs qoymuruq” hədisi ətrafında yaranan mübahisəyə həsr olunub. Əsərdə Fədək məsələsinə toxunulur: Fədək Xeybər kəndlərindən biri olub və döyüşsüz Allah Rəsuluna (s) məxsus olmuşdu. Peyğəmbər (s) onu qızı həzrət Fatimə Zəhraya (ə) bağışlamışdı. Risalədə Peyğəmbərin (s) vəfatından sonra Fədəkin həzrət Zəhranın (ə) əlindən alınması və bu hədisə istinad olunması mövzusu işıqlandırılır. Əsər imam Şeyx əl-Müfidin qələmə aldığı risalənin Azərbaycan dilinə tərcüməsidir.
