
Doktor Əli Şəriəti bu əsərdə həcc ziyarətini yalnız ibadət mərasimi kimi deyil, insanın mənəvi yüksəlişi yolu kimi təqdim edir. Kə’bədən Ərəfata, oradan Minaya gedən yol Adəmin yer üzünə enişi, insanın yaradılış fəlsəfəsi, düşüncənin bilikdən eşqə, ruhun isə torpaqdan Allaha doğru ucalması ilə əlaqələndirilir. Minada mütləq azadlığa və mütləq bəndəliyə çatmaq, İbrahimin həyatını yaşamaq ideyası vurğulanır.
