
Bu kitabça İslam şəriətində qadınlarla bağlı hökmlərə həsr olunub. Fiqh kitablarında müxtəlif mövzular üzrə geniş izah edilən bu hökmlərdən qadın oxucuları maraqlandıran bir qismi burada qısa şəkildə təqdim edilir. Məqsəd oxucuların problemlərinin bir hissəsinin həllinə kömək etməkdir.
