
Şeyx Həsən əl-Əcminin bu əsəri Əhli-Beytdən olan on iki İmamın (ə) elmi barədədir. Kitabda bu müqəddəs şəxsiyyətlərin İslam şəriəti, onun hökm və təlimləri, eləcə də Qurani-Kərimin ayələrinin təfsiri və mənaları sahəsindəki üstün biliyi diqqətə çatdırılır. Qeyd olunur ki, İmamlar (ə) siyasi, iqtisadi, ictimai, tibbi və tarixi elmləri bilmiş, hətta yalnız qeyb yolu ilə bilinə bilən bəzi məsələlərdən xəbər vermişlər. Bununla yanaşı, tarixdə onların hansısa bir alimin yanında dərs aldığı barədə məlumat yoxdur.
