
Doktor Misbah Yəzdinin bu əsəri Əmirəl-mö’minin Əli ibn Əbi Talibin (ə) şəhadət anına həsr olunub. Kitabda o həzrət təqva, ədalət, zöhd, şücaət, isar, kəramət və azadlıq kimi insanlıq fəzilətlərinin nümunəsi kimi təqdim edilir. Əsərdə şiə və sünni məzhəblərinin etibarlı mənbələrinə əsaslanan, Peyğəmbərin (s) Əli (ə) haqqında buyurduğu hədisə də toxunulur.
