
Kitab Seyyid Əliəkbər Ocaq Nejadın 2003-2004-cü illərin məhərrəm və səfər aylarında, həmçinin həzrət Fatimənin (s) şəhadət günü münasibətilə söylədiyi moizələr əsasında hazırlanıb. Əhli-beytin (ə) həyatı və məqamı ilə bağlı fikirlərlə yanaşı, insan yaranışının məqsədi, peyğəmbərlərin və Əhli-beytin vəzifələri, Əhli-beytə edilən nahaq zülmlər, onlara ağlamağın mahiyyəti və ziyarətin fəziləti kimi mövzulara toxunulur. Əhli-beyt şairlərinin şeirlərindən beytlər və qəsidələr də kitabda yer alır.
