
Məhəmmədməhdi Şahmərdaninin «Nicat günü» kitabçası on iki hədis əsasında Sahibəz-zaman İmam Mehdi (ə.c.) haqqında məlumat verir. O həzrət peyğəmbər nəslindəndir və on birinci imam Həsən Əskərinin övladıdır. Kitabçada onun şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barədə qısa və yığcam şəkildə danışılır. Əsər bu mövzuda məlumatı az olan oxuculara İmam Mehdi (ə.c.) haqqında ümumi təsəvvür verməyi qarşıya məqsəd qoyur.
