
Ayətullah əl-üzma Seyid Əli Sistaninin bu əsəri müxtəlif səbəblərdən vətənini tərk edib qeyri-müsəlman ölkələrində yaşamalı olan müsəlmanlar üçün nəzərdə tutulub. Belə cəmiyyətlərdə qanunlar və adət-ənənələr müsəlman ölkələrindəki həyat tərzindən köklü şəkildə fərqlənir, orada yaşayan insanlar isə özünəməxsus problemlərlə üzləşirlər. Kitab bu problemlərlə bağlı bir sıra şəriət hökmlərinin aydınlaşdırılması istiqamətində atılmış ilk addım kimi təqdim olunur. Əsərin tərcüməçisi Bəxtiyr Hüseynovdur.
