
Kitab hicab mövzusuna həsr olunub və Böyük Rəhbər həzrət Ayətullah Xameneinin bu barədə tövsiyələrini bir araya gətirir. Məhəmmədhüseyn Himmətinejad tərəfindən tərtib edilmiş toplu çadranın İran qadınının seçdiyi hicab forması olduğunu, hicabın qaydalarına onunla riayət etməyin mümkünlüyünü və çadrasız halda da hicaba əməl edənlərin şəriətə zidd iş görmüş sayılmadığını izah edir.
