
Bu kitab saleh bəndə və həqiqi mənada arif insan kimi təqdim olunan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunmuş məcmuədir. Müəllif Ayətullah Məhəmmədi Reyşəhri Şeyxi heç vaxt görməyib və xatirə yazmaq onun ixtisas sahəsi deyil. Kitabın əvvəlində məhz bu səbəbdən onu belə bir məcmuə yazmağa nəyin vadar etdiyi sualı qoyulur. Əsər Şeyxin şagirdləri də daxil olmaqla geniş oxucu kütləsini maraqlandıra bilər.
