
Cəvad Mühəddisinin bu əsəri Səlman Farsinin işıqlı çöhrəsini və müstəsna şəxsiyyətini tanıdır. Səlman Farsi həqiqət axtarışında olan, yəqinlik məqamına çatmaq arzusu ilə yaşayan bir iranlı idi. Həyatının müxtəlif eniş-yoxuşlarından və macəra dolu səfərlərindən sonra o, həqiqətə nail olur və Allahı tanıyır. Doğru yol və ilahi məktəb uğrunda göstərdiyi səylərin bəhrəsi İslam və müsəlmanlıq olur.
