
Kitab XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin əsərlərinin toplusudur. Əlyazmalar əsasında, cünglərdən də istifadə edilərək tərtib olunmuş nəşrdə şairin qoşma, təcnis, qəzəl, müxəmməs və digər şeirləri bir araya gətirilib. Vaqif yaradıcılığında xalq şeirinin təsiri güclüdür, poeziyası isə dövrün ziddiyyətlərini, sevinc və kədərini ifadə edir. Kitabın tərtibçisi və ön sözün müəllifi Həmid Araslıdır.
