
Məhəmməd Füzulinin altı cilddə nəşr olunan əsərlər toplusunun bu kitabı Azərbaycan-türk şerinin ən görkəmli nümayəndələrindən birinin yaradıcılığına həsr olunub. Füzuli Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərmiş şair kimi təqdim olunur. Kitabda onun ana dilində yazdığı lirik irs, eşq və məhəbbət mövzusu ilə seçilən “Divan” yer alır. Nəşri Həmid Araslı tərtib edib, redaktoru Teymur Kərimlidir.
