Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizə təqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadı haqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ən önəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütün məzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh və izahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzulu əsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim və hədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən də tədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamət məsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgə bu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosial mühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirli olması izah edilir.
