
Kitab nübüvvətin sona yetməsi məsələsinə həsr olunub. İslam dininin gəlişi ilə onun əbədiliyi və nübüvvət kitabının sona yetməsinin elan olunduğu vurğulanır. Müsəlmanların bu məsələni həll olunmuş hesab etdiyi, Qurani-Kərimin peyğəmbərliyin sona yetməsini açıq şəkildə bildirdiyi və Peyğəmbərin (s) bunu dəfələrlə xatırlatdığı izah edilir. Həzrət Muhəmməddən sonra yeni peyğəmbərin gəlməsi ideyasının müsəlmanlar arasında İslam inanclarına zidd sayıldığı qeyd olunur.
