
Əhməd Nəraqinin “Meracus-Səadə” (“Səadət zirvəsində”) əsəri əxlaq mövzusuna həsr olunub. Kitabın giriş hissəsində əxlaq anlayışı izah edilir: bu söz ərəb dilindəki “xulq” sözünün cəmi olub xislətlər deməkdir, əxlaq elmi isə insanın müsbət və mənfi cəhətlərini araşdırır. Girişdə həmçinin vurğulanır ki, əxlaq konkret bir məzhəblə məhdudlaşmır və bəşəriyyətin ən qədim elm sahələrindən biridir.
