
Kitab insan həyatında nümunə götürmənin və ideala yönəlmənin yerini izah edir. İnsan bir çox məlumat və bilikləri təqlid yolu ilə əldə edir. Buna görə də istənilən sahədə məlumatlanmaq üçün ən yaxşı yol layiqli nümunəyə müraciət etməkdir. Əsərdə vurğulanır ki, Allah-taala insana xeyirxahlıq göstərərək həzrət Peyğəmbəri və onun məsum canişinlərini ilahi nümunə təyin etmişdir. Bu nümunələr insanın maddi və mənəvi təkamülü üçün geniş üfüqlər açır.
