
Ayətullah Meşkininin “Nəsihətlər” əsəri Xəlifə Həmidovun tərcüməsi ilə təqdim olunur. Kitab əvvəlcə “Nəsihətlər” adı ilə çap olunub, sonralar əlavələrlə “On dörd məsumun (ə) buyurduqları” adı altında nəşr edilib, daha sonra isə “Min bir hikmətli söz” adı ilə yenidən buraxılıb. Bu nəşr həmin üç kitabı bir çox faydalı əlavələrlə birlikdə oxuculara, Əhli-beyt (ə) elminin və İslam maarifinin sevənlərinə təqdim edir.
