
“Övsafül-Əşraf” Xacə Nəsirəddin Tusinin əsəridir və əxlaq və mənəviyyat mövzusuna aiddir. Kitab uzun illər boyu görkəmli alimlər tərəfindən tədqiq edilmiş, zaman-zaman bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə çatan əlyazma nüsxələri və onlar arasındakı fərqlər bu araşdırmaları dərinləşdirmiş, nəticədə əsərin əsas hissələri böyük ölçüdə dəqiqləşmişdir. Azərbaycan dilindəki tərcümə Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxə əsasında hazırlanıb və Füzuli Şəfiyev tərəfindən edilib. Kitabı Darul-huda nəşr edib.
