Biz həqiqət aşiqlərini təkamül səfərində «danışan Qur᾽an», Əhli-beyt sülaləsinin nümayəndəsi imam Sadiqlə (ə) yoldaşlığa çağırırıq. Bu kitabda ustad Məhəmmədtəqi Misbah Yəzdinin Qum Elm mərkəzində tədris etdiyi əxlaq dərsləri toplanmışdır. Alim öz söhbətlərini imam Sadiqdən (ə) nəql olunmuş rəvayətlər əsasında qurmuşdur. İmam Sadiq (ə) bu nurlu kəlamları öz yaxın səhabələrindən olan Əbdullah ibn Cündəbə müraciətlə buyurmuşdur.
