
Bu kitab Əlirza Pənahiyanın İmam Rzanın (ə) müqəddəs hərəmində "Necə kamil namaz qılaq?" adı ilə çıxış etdiyi silsilə söhbətlərdən toplanıb. Əsər oxucunu namaza baxışını yenidən düşünməyə və namazı daha kamil qılmağa yönəldir. Kitab həm namaz qılanlara, həm də namaza yeni başlayanlara və ya hələ qılmayanlara ünvanlanıb, məqsədi isə namazı ən gözəl şəkildə tanıtmaq və sevdirməkdir.
