
Məhəmməd Təqi Misbah Yəzdinin bu məcmuəsi dua mövzusuna həsr olunub və üç hissədən ibarətdir. Birinci hissədə dua barəsində ümumi məsələlərə toxunulur. İkinci hissədə “İftitah” duasından, üçüncü hissədə isə “Əbu-Həmzə” duasından seçmələrin şərhi verilir. İkinci və üçüncü hissələr müəllifin hicri qəməri 1398-ci il ramazan ayında Qum şəhərində keçirdiyi 15 söhbət məclisinə əsaslanır. Bu söhbətlər müxtəlif təbəqələrdən olan dinləyicilər üçün nəzərdə tutulub.
