
Kitab həyata yeni addım atan və uğur qazanmaq istəyən gənclərə ünvanlanıb. Burada gəncin hansı məsələlərə diqqət yetirməli olduğu, hansı keyfiyyətləri özündə cəmləşdirməsinin vacibliyi, hansı zərərli xüsusiyyət və fikirlərdən uzaq durmalı olduğu izah edilir. Həyatda uğur qazanmış məşhur insanların həyatından nümunələr və onların uğurlarının sirlərini ifadə edən sitatlar da kitabda yer alır. Əsər gənclər üçün nəzərdə tutulsa da, geniş oxucu kütləsi üçün də faydalıdır.
