
Ayətullah İbrahim Əmini bu əsərdə nəfsin paklaşdırılması mövzusunu işıqlandırır. Kitabda vurğulanır ki, nəfsin təmizlənməsi guşənişin həyat tərzi keçirmək, dünyəvi işləri tərk etmək və ictimai məsuliyyətlərdən boyun qaçırmaq demək deyil. Əksinə, fərdi və ictimai vəzifələrdən imtina edib təklikdə yaşamaq nəfsin saflaşdırılması və təkmilləşdirilməsi ilə ziddir. İslam dini müsəlmanlardan cəmiyyət içində yaşayıb vəzifələrini yerinə yetirməklə yanaşı, özlərindən qafil olmamağı, nəfslərini və ruhlarını aludəliklərdən və rəzil sifətlərdən təmizləməyə tam diqqət yetirməyi tələb edir.
