
Əhli-beytdən nəql olunmuş dualar arasında “Kumeyl” duası ali və irfani xüsusiyyətlərinə görə müstəsna yer tutur. Rəvayətlərə görə bu dua həzrət Xızr (ə) kimi peyğəmbərin və həzrət Əli (ə) kimi mə’sum imamın biliyindən qaynaqlanır. Kitabda dua ilahi, irfani və insani məsələləri açıqlayan əhatəli bir məktəb kimi təqdim olunur, onun incə həqiqətlərini dərk etmək üçün isə hər cümlənin şərhinə ehtiyac olduğu vurğulanır. Şərh Qurani-Kərimə və mö’təbər rəvayətlərə əsaslanır.
