
Kitab dinlərdə nümunəvi qadınlar mövzusuna həsr olunub və qadının cəmiyyətdəki yerinə İslam baxışı çərçivəsində toxunur. Müəllif İ.Ramin insan cəmiyyətini iki qanadı olan quşa bənzədir: bir qanad kişilər, digəri qadınlardır və cəmiyyət yalnız hər iki qanadla məqsədinə çata bilər. Kitabda vurğulanır ki, Quran ayələrində və İslam rəvayətlərində kişi ilə qadının çiyin-çiyinə, bir cərgədə olması barədə çoxlu söz var.
