
"Kaş valideynlərim biləydi!" uşaq tərbiyəsi və valideyn-övlad münasibətləri mövzusuna həsr olunmuş kitabdır. Müəllif Doktor Li Salk Nyu-York xəstəxanalarından birində uşaq psixologiyası şöbəsinə başçılıq edir, bu sahənin məşhur mütəxəssisidir və Kornel universitetində professordur. Əsər Məhəmməd Turan tərəfindən tərcümə olunub və ailə və cəmiyyət mövzusu ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
