
Ustad Mürtəza Mütəhhərinin bu əsəri hicab (örpək) mövzusuna həsr olunub. Kitabda hicab məsələsi qadın və iffətlə bağlı digər suallarla birlikdə ələ alınır. Bu mövzuların İslama qarşı təbliğat aparanlar tərəfindən vasitəyə çevrilməsi və gənc nəslə dini və etiqadi baxımdan kifayət qədər yol göstərilməməsi kitabın yazılmasının əsas səbəbləri kimi göstərilir.
