
Şahnamə klassik Şərq poeziyasının ən məşhur əsərlərindən biri, Əbülqasim Firdovsinin yazdığı tarixi-fəlsəfi epopeyadır. Əsərin hər bir dastanı şairin dünyagörüşünü və öz zəmanəsinə münasibətini əks etdirir. Nizami Firdovsini "sözü gəlin kimi bəzəyən tuslu ustad" deyə vəsf etmişdir. Kitabın Azərbaycan dilindəki variantını Mübariz Əlizadə tərcümə etmiş, ön söz və izahları da o yazmışdır.
