
Müəllif Əsgər Nəsirayi bu kitabda Peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyni (ə) və onun yolunda canını fəda edənləri tanıtmağı məqsəd qoyur. Əsərdə İmam Hüseynin (ə) Mədinədən yola düşdüyü gündən Kərbəlaya qədər getdiyi yerlər, görüşdüyü insanlar, ona qoşulanlar və yol boyu məntəqələr barədə məlumat verilir. Kərbəlada baş verən hadisələr, şəhidlər, habelə əsirlərin Kərbəladan Kufəyə, oradan Şama aparılması və yolda qarşılaşdıqları hadisələr də əhatə olunur.
