
Bu kitab ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun xütbə və moizələri əsasında hazırlanıb. Əsər Əba Əbdillahın (ə), onun əhli-beytinin və o Həzrətlə (ə) birlikdə şəhid olan qəhrəmanların yaratdığı eşq dastanını təsvir edir. Kitab Məhərrəm-Səfər əyyamına həsr olunub və Əhli-beytə (ə) xidmət etmək istəyən yaradıcı heyətin əməyi ilə ərsəyə gəlib.
