
Bu kitab Həzrət Əli (ə)-ın oğlu, Kərbəla qəhrəmanı və İmam Hüseyn (ə)-ın ələmdarı Həzrət Əbülfəzl Abbas (ə)-ın kəramətlərindən və insanlara verdiyi şəfaətlərdən bəhs edir. Kitabda vurğulanır ki, bu kəramətlər yalnız Allahın izni ilə baş verir. Müəllif Höccətül-İslam Əli Rəbbani Xalxali bu hadisələri dünyanın müxtəlif yerlərindən gələn məktublar vasitəsilə toplayıb və müsəlman qardaş-bacıların istifadəsi üçün qələmə alıb.
