
Kitab iyirminci əsrdə haqqında ən çox danışılan və yazılan amerikalı müsəlmanlardan biri olan Malkolm X-in həyatını ümumdünya insan haqları mübarizəsinə nümunə kimi təqdim edir. Malkolm X əvvəlcə ABŞ-da yaşayan afroamerikalıların, sonra dünyadakı qaradərililərin hüquqlarını müdafiə etdi, həyatının son illərində isə dünya miqyasında insan haqları müdafiəçisinə çevrildi. Əsərdə vurğulanır ki, İslam onu millətçilikdən uzaqlaşdıraraq insan haqları mövzusuna tövhid baxışından yanaşmağa və bütün bəşəriyyəti Allahın yaratdığı vahid ailə kimi sevgi ilə qucaqlamağa yönəltdi.
