
Kitab On ikinci İmamın (ə) qeyb hadisəsini tarixi baxımdan araşdırır. Qeyb hadisəsi şiə tarixinin ən mühüm hadisələrindən biridir və həm e’tiqadi, həm də tarixi cəhətdən öyrənilə bilər; bu əsərdə isə diqqət məhz tarixi yanaşmaya yönəlib. Kitabda qeybin hər iki dövrü, yəni kiçik qeyb dövrü (ğeybəti-suğra) və böyük qeyb dövrü (ğeybəti-kübra) nəzərdən keçirilir.
