
Suleym ibn Qeys Hilalinin bu əsərində İslam, iman, onun şərtləri və dərəcələri, Allahın höccətləri, Allahın kitabının təfsiri, xilafət və imamət barədə müsəlmanların əqidələri, vilayət, on iki İmamın şəxsiyyətləri, elmin bəyanı, digər səmavi kitablarda qeyd olunmuş bəzi məsələlər, cənnət və cəhənnəm kimi etiqadi mövzulara toxunulur. Kitabda Peyğəmbərin (s) Bədr, Ühüd, Xeybər, Xəndək, Hüneyn və Təbuk savaşları, Hüdeybiyyə sülhü və Məkkənin fəthi, eləcə də İmam Əlinin (ə) rəhbərliyi altında baş vermiş Siffin, Nəhrivan və Cəməl savaşları geniş şəkildə işıqlandırılır. İslam tarixinin xilafət məsələləri və səhabələrin şəxsiyyəti haqqında bəhs olunması oxucuya həmin dövr barədə geniş təsəvvür yaradır.
