Kitab Quran və sünnə işığında müqəddəs İslam dininin dil, din, irq və rəng fərqi qoymadan bütün bəşəriyyəti mərhəmət, sevgi, şəfqət və məhəbbət çətiri altına aldığını və İslamın düşmənlərinin iddia etdiyi qılınc, zorakılıq və barbarlığa bağlı bir din olmadığını nümayiş etdirir. Ola bilsin ki, Kitab-əhli və qeyri-müsəlmanlarla iç-içə olan, eyni məktəbi, iş yerini, mənzili, məhəllə, eyni qəsəbə, şəhər və ölkə bölüşən saf gənclərimiz bu əsərdən istifadə edərək qeyri- müsəlmanlara müqəddəs İslam dinini kitab əhli və qeyri- müsəlmanlara gerçək İslam əxlaqını və ideyasını izah etsinlər.
