
Kitab vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhab mövzusuna həsr olunmuş tənqidi əsərdir. Həsən ibn Fərhan əl-Maliki Səudiyyə Ərəbistanında anadan olub və dini təhsilini vəhhabilərin arasında alıb. Bu mühitdə keçirdiyi illər ərzində öz fikirlərinin vəhhabi ideologiyasına uyğun olmadığı qənaətinə gəlib və bu cərəyana qarşı tənqidi yazılar qələmə alıb. Orta yolu izləməyə çalışıb, ifrat fikirlərdən uzaq durub, İslam birliyinə və bərabərliyinə önəm verib.
