
Kitab Ayətullah Xamenei həzrətlərinin İmam Hüseyn hərəkatına aid müxtəlif məsələlər barəsindəki çıxışlarından seçilmiş hissələri əhatə edir. 1989-cu ilin mayından 2011-ci ilin iyununa qədər müxtəlif görüş və məclislərdə edilmiş bu çıxışlar 72 söz şəklində toplanıb və tarixi ardıcıllıqla düzülüb. Bəzi sözlər bir neçə cümlə həcmindədir, bəziləri isə zamanın tələbi və mövzunun əhəmiyyətinə görə daha genişdir. Mövzu üzrə mütaliə etmək istəyən oxucular üçün kitabın əvvəlində mövzu mündəricatı verilib. 72-ci sözdə isə Aşura qəhrəmanlığı məzmunlu dualar bir yerə toplanıb.
