
Monoqrafiyada islam təliminin sosial-iqtisadi münasibətlər sahəsindəki prinsipləri Qurani-Kərimə istinad edilməklə elmi əsaslarla şərh olunur. Əvəz Bayramov və Hacı İsmayıl Feyzullabəyli bu münasibətlərdə müqəddəs haqq-ədalət prinsiplərinin təntənəsinin zərurətindən bəhs edir. Təbiət, nemət, iqtisadi həyat, əmək, kapital, ticarət, idarəetmə, iqtisadi-sosial demokratiya, sosial və iqtisadi mühafizə, xeyriyyəçilik və ictimai şüurun saflaşması kimi mövzulara qərəzsiz baxışlar ardıcıl şəkildə izah edilir. Kitab bütün oxucu təbəqələri üçün anlaşıqlı olsun deyə sadə dillə tərtib edilib. Elmi redaktoru Vasim Məmmədəliyevdir.
