
Bu kitab orta əsrlər Şərqinin dahi mütəfəkkiri və şairi, Mövlana təxəllüsü ilə tanınan Cəlaləddin Ruminin həyat fəlsəfəsinə və mənəvi irsinə həsr olunmuşdur. Kitabda Ruminin «Divani-Kəbir», «Fihi Ma-Fih», «Məcalisi-Səbə», «Məktubat» və «Məsnəvi» əsərlərindən seçmələr toplanıb. Bu seçmələr fars, ərəb və türk dillərindən tərcümə edilmişdir. Rumi insanları mənəvi paklığa, daxili təkamülə, sevgiyə, şəfqətə və qardaşlığa çağıran şəxsiyyət kimi təqdim olunur.
