
“Göz yaşı sözləri” mərsiyə və sinəzənlərdən ibarət toplumdur. Kitabdakı mətnlər müxtəlif müəlliflərin əsərlərindən seçilib bir yerə yığılıb: Ustad Rəhim Münzəvi Ərdəbilinin “Yüz sinəzən”, Hacı Fərhəng Xudayi Ərdəbilinin “Təşnəlik şüşəsi”, Hacı Vəliyullah Kəlami Zəncaninin “Məhərrəmdən Ərbəinə Qədər”, Hacı Davud Sadiqi Təbrizinin “Beytul-əhzan naləsi” və Əbdül Hüseyn Axundzadənin “Mərsiyələr” kitabı. Toplunu Elmar Mamedov tərtib edib, nəşri Gürcüstan Müsəlmanları İdarəsinə aiddir.
